olkepress.com
olkepress.com

Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var - FOTO

26-12-2022, 08:26

Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var - FOTO

Abşeron rayonunda minik maşını yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Emin Bağırov idarəetməsində olan “Ford” markalı yük maşınını yol kənarında saxlayıb. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirərək maşınını yol kənarında dayanan “Ford”a çırpıb.

E.Bağırov yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, minik avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.
Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi