olkepress.com
olkepress.com

Lənkəranda tələbələr arasında kütləvi dava - Ölən var

18-11-2022, 08:36

Lənkəranda tələbələr arasında kütləvi dava - Ölən var

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi