olkepress.com
olkepress.com

Masazırda hoteldə 26 yaşlı oğlan 61 yaşlı qadını boğaraq öldürüb

1-11-2022, 18:46

Masazırda hoteldə 26 yaşlı oğlan 61 yaşlı qadını boğaraq öldürüb
Masazırda hoteldə 26 yaşlı oğlan 61 yaşlı qadını boğaraq öldürüb
Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi