olkepress.com
olkepress.com

MN-dən Ordumuzun itki verməsi iddiaları ilə bağlı - Açıqlama

1-11-2022, 08:48

MN-dən Ordumuzun itki verməsi iddiaları ilə bağlı - Açıqlama
Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır".

Olkepress.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


"Oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir.

Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir", - deyə məlumatda qeyd olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi