olkepress.com
olkepress.com

Abşeronda AMANSIZ QƏTL: Kişi hamilə arvadını öldürdü

22-10-2022, 22:17

Abşeronda AMANSIZ QƏTL: Kişi hamilə arvadını öldürdü
Abşeron rayonu ərazisində hamilə qadın öldürülüb. Hüquq mühafizə orqanları tərəfindən məsələyə dərhal reaksiya verilib. Qətli törətməkdə şübhəli bilinən qadının əri saxlanıb.

Abşeronda dəhşətli qətl hadisəsi töprədilib. Hamilə qadın əri tərəfindən öldürülüb.

Rayon Prokurorluğundan verilən məlumata görə Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla hadisəni zərərçəkmişin əri, 28 yaşlı Vüqar Nəmətovun törətdiyi məlum olub.

Prokurorluğun məlumatında o da qeyd edilib ki, Kişi hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək onu öldürüb.

İddia olunur ki, o, qızını döyən ərini aralamaq üçün ortaya girib.Hadisə də bundan sonra baş verib.

Faktla bağlı cinayət işi başlanıb.Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi