olkepress.com
olkepress.com

"Baku Electronics"də YANĞIN - VİDEO

5-10-2022, 15:56

"Baku Electronics"də YANĞIN - VİDEO

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən "Baku Electronics" mağazasında gecə saatlarında yanğın hadisəsi baş verib.

Ölkəpress.com xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər.
Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər. Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi