olkepress.com
olkepress.com

Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb - VİDEO

28-09-2022, 18:59

Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb - VİDEO

Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib. Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.

Faktla bağlı Nahid Heydərov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi