olkepress.com
olkepress.com

“Papanin” və “Kubinka”dan əməliyyat: 16 nəfər saxlanıldı - VİDEO

13-09-2022, 21:48

“Papanin” və “Kubinka”dan əməliyyat: 16 nəfər saxlanıldı - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi