olkepress.com
olkepress.com

Son 1 həftədə Biləcəridə narkotikə görə 44 nəfər tutulub - VİDEO

9-09-2022, 16:00

Son 1 həftədə Biləcəridə narkotikə görə 44 nəfər tutulub - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.

DİN xəbər verir ki, onların üzərindən, Biləcəri qəsəbəsi ərazisində yaşadıqları evlərdən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik maddələr aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunun digər kənd və qəsəbələrində son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyalə Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi