olkepress.com
olkepress.com

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub - VİDEO

15-08-2022, 18:58

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub - VİDEO

İsmayıllı rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 14-ü saat 13:50-də rayonun Ruşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Əsədov Hafis Sabir oğlunun idarə etdiyi VAZ-21011 markalı avtomobillə qarşı tərəfdən hərəkət edən, 1967-ci il təvəllüdlü Fəhradov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi MAN markalı yük maşını toqquşub. Nəticədə VAZ-21011 markalı avtomobilin sürücüsü H.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanılıb, istintaqı aparılır.



Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi