olkepress.com
olkepress.com

19 yaşlı sürücünün məhkəməsi başlayır

7-07-2022, 16:31

19 yaşlı sürücünün məhkəməsi başlayır

Bakıda dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücü Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

İş üzrə 17 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2021-ci il oktyabrın 13-ü səhər saatlarında Suraxanı rayonu, Suraxanı keçidi ətrafında Əzizov Mahmud Babagözəl oğlunun idarə etdiyi "№Mercedes" markalı yük avtomobili 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə ümumilikdə 6 nəfər ölüb, 20 nəfərdən çox insan isə yaralanıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi