olkepress.com
olkepress.com

Bakıda güclü yanğın: Avtomobillər zərər gördü - VİDEO

28-06-2022, 19:39

Bakıda güclü yanğın: Avtomobillər zərər gördü -  VİDEO
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə baş verən yanğınla bağlı açıqlama verib.

FHN-dən Ölkəpress.com-a bildirilib ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb:

“Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, BMW və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi