olkepress.com
olkepress.com

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var - VİDEO

16-03-2022, 20:31

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) aeroport yolunda baş verən qəza barədə məlumat yayıb.

FHN-dən Ōlkəpress.com-a verilən xəbərə görə, bu gün günorta saatlarında “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda” markalı minik və “MAN” markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə qalmış 2 nəfəri və “MAN” markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi