olkepress.com
olkepress.com

Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı

9-12-2020, 11:07

Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gələcək və Qarabağdakı atəşkəsdən sonra ilk dəfə həmkarı İlham Əliyevlə görüşəcək.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək.
Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Ortaq Mərkəz üçün həyata keçirilən fəaliyyətlər müzakirə olunacaq.

Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atdıqları addımlar barədə qiymətləndirmələr aparılacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi