olkepress.com
olkepress.com

Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI

8-12-2020, 11:14

Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATIBu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. O, dekabrın 4-də Aya Sofya məscid muzeyində çıxış edərkən bununla bağlı məlumat vermişdi.

R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə dekabrın 10-da Bakının Azadlıq Meydanında təşkil olunacaq Zəfər paradında Azərbaycanın işğal altındakı torpaqlarını 30 il sonra azad edən qəhrəman əsgərləri salamlayacaq.
Bundan başqa, “Haber Global”ın məlumatına görə, Ərdoğan səfər zamanı İlham Əliyevlə görüş keçirəcək.

“Haber 7”nin yaydığı məlumata əsasən, görüş zamanı müzakirə olunacaq əsas mövzulardan biri də Azərbaycan və Türkiyə arasında Naxçıvan vasitəsilə nəqliyyat kommunikasiyalarının qurulması olacaq. Tərəflər bu məsələ ilə bağlı qısa zamanda addımlar atmaq niyyətindədir.

Qeyd edək ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyalarının qurulması məsələsi noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanatda öz əksini tapıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi