Şəhid general və polkovnik son mənzilə yola salındı - VİDEO
Cəbhənin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.
Baku.tv xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki təxriabtı nəticəsində ümumilikdə 11 hərbi qulluqçumuz şəhid olub.
Ölkəpress.com