olkepress.com
olkepress.com

16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyevin işi - VİDEO

10-06-2020, 10:48

16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyevin işi - VİDEOBeynəlxalq terror təşkilatlarında partlayıcılar düzəltmək üzrə mütəxəss olan və DTX tərəfindən axtarışa verilən şəxs hakim qarşısına çxıarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində 16 il axtarışda olan Bəhram Güləliyevin cinayət işi üzrə məhkəmə iclası başlayır. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Rəsmi məlumata görə 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.
Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

DTX-da dindirilən zaman B.Güləliyev əməllərini etiraf edib.

Ona qarşə Cianyətlə Məcəlləsinin 214.2.6-cı (terrorçuluq; dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əməl sübuta yetirilərsə, onu 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İlkin Muradov
Musavat.com


Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi