olkepress.com
olkepress.com

İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

14-02-2025, 17:13

İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Bu gün İmişli rayonunun Ölcələr kənd tam orta məktəbində narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Təhsil sektorunun məsul işçiləri və Ölcələr kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verərək narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildiriblər. Ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyi nəzərə çatdırılıb. Həmçinin, erkən nikahın fəsadları ilə bağlı fikirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğu vurğulanılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib
İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib
İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib
İmişli rayonunda narkomaniya və erkən nikahın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Amil İbişov

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi