DƏRDİMƏ ŞƏRİK OLAN DOSTLARA TƏŞƏKKÜR
Əziz dostlar.Bacımın vaxtsız vəfatı ilə əlaqədar sosial şəbəkələrdə, vatsap, saysız telefon zəngləri ilə verdiyiniz başsağlıgı ilə əlaqədar hamınıza təşəkkür edirəm.Həmçinin saytlarda, dövri mətbuatda yazılan başlağlıqlarına görə jurnalist, yazar dostlara minnətdaram.Eləcə də dəfnində və bu gün 3 mərasimində zəhmət çəkib mənə mənəvi dəstək olan , təsəlli verən qohumlara, dostlara, muğam ifaçılarına, elm, sənət adamlarına, AMEA- da çalışan həmkarlarıma, BDU, ADPU, Kooperasiya Universitetinin professor- müəllim heyətinə, Qarabağdan- Ağdam, Füzuli, Lənkəran, Cəlilabad, Abşeron kəndləri və digər bölgələrdən gələn yoldaşlara, xüsusilə AMEA- nın prezidenti, akademik, hörmətli İsa Həbibbəyliyə, möhtərəm Mədəniyyət Nazirimiz Adil Kərimliyə, ilahiyyatçı din xadimlərinə şükranlığımı bildirirəm.Xalq artisti Ağadadaş Ağayevə mənə yas mərasimin keçirilməsində şərait yaratdığına görə ailəmiz adından razılığımız bildirirəm.Var olsunlar! Hamıya şad günlər qismət olsun! Hörmətlə: sizin Vüqar Əhməd