olkepress.com
olkepress.com

Dilan Polatın həbsxana geyimləri - SİYAHI

6-11-2023, 22:32

Dilan Polatın həbsxana geyimləri - SİYAHI

Bir müddət əvvəl geyindiyi hər paltarla gündəm yaradan tanınmış bloqer Dilan Polatın həbsxanada nə geyinəcəyi açıqlanıb.

4 il əvvələ qədər doğum fotoqrafçılığı ilə tanınan Dilan Polat qısa zamanda Türkiyə və dünyada 130 gözəllik mərkəzi açıb.
Həyat yoldaşı Engin Polat isə 4 il əvvələ qədər kiçik inşaat işləri ilə məşğul olub.

Qısa zamanda təmtəraqlı həyata keçən cütlük bir neçə gün əvvəl çirkli pulların yuyulması, vergi qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunaraq həbs ediliblər.

Cahi-cəlallı yaşayışı, bahalı geyimləri ilə sosial mediada gündəmdən düşməyən Dilan Polatın həbsxanada hansı geyimlərdən və aksessuarlardan istifadə edəcəyi məlum olub.

Olkepress.com Lent.az-a istinadən həmin geyim və aksessuarların siyahısını təqdim edir:

Bir palto, üç köynək, bir gödəkçə, iki pijama dəsti, iki üst geyimi, bir idman ayaqqabısı, dörd şalvar və ətək, bir cüt qış ayaqqabısı, iki don, bir idman kostyumu, bir qol saatı, dörd köynək və iki sviter.

Burda deyiblər, kiminin axırı, kiminin əvvəli...

Hər gün bahalı geyimlərini reklam edərək ucuz paltarlar geyinən insanları aşağılayan Dilan Polata da həmin paltarları həbsdə geyinmək qismət oldu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi