olkepress.com
olkepress.com

İstifadəçilər “Twitter”i kütləvi şəkildə tərk edirlər

3-07-2023, 08:37

İstifadəçilər “Twitter”i kütləvi şəkildə tərk edirlər

Amerikanın mərkəzləşdirilməmiş sosial şəbəkəsi “Bluesky” istifadəçilərin “Twitter”dən kütləvi axını ilə əlaqədar yeni hesabların qeydiyyatını müvəqqəti dayandırıb.

İlon Maskın ödənişli “Twitter Blue” abunəsi olmayan istifadəçilər üçün yeni məhdudiyyət elan etdikdən qısa müddət sonra şəbəkə istifadəçiləri kütləvi şəkildə “Bluesky”a keçməyə başlayıb.

Söhbət sosial şəbəkədə baxmaq üçün mövcud olan yazıların sayına gündəlik limitin tətbiqindən gedir.

“Bluesky” yeni istifadəçi axınının yaratdığı texniki problemləri həll etmək üçün hesabların qeydiyyatını dayandırıb.

Qeyd edək ki, “Bluesky” 2023-cü ilin əvvəlində istifadəyə verilib və “Twitter”in analoqudur. Layihə “Twitter”in qurucusu Cek Dorsinin dəstəyi ilə hazırlanıb.

Mənbə: gazeta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi