olkepress.com
olkepress.com

Toyuğun “sürpriz” yumurtası sosial şəbəkədə gülüşlə qarşılandı - FOTO

1-06-2023, 09:06

Toyuğun “sürpriz” yumurtası sosial şəbəkədə gülüşlə qarşılandı - FOTO

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb.

Görüntünü “Gamelover42” ləqəbli “Reddit” istifadəçisi paylaşıb.

“Bu qəribə formalı yumurtanı mənim toyuğum yumurtlayıb”, - deyən istifadəçi paylaşımına şəkil əlavə edib.

Görüntü az müddətdə məşhurlaşıb və çoxsaylı müzakirələrə səbəb olub.

Şərhlərdə bir çox internet istifadəçisi uzun illərdir toyuq saxlamalarına baxmayaraq ilk dəfə belə bir şeylə rastlaşdıqlarını bildiriblər.

“Şübhəsiz ki, bu, indiyə qədər gördüyüm ən qəribə yumurtadır”, - deyə şərhçilərdən biri bildirib.

“Bəlkə içəridə əjdaha var”, “Onu ye və superqəhrəman ol - “Chickenman”, “Düşünürəm ki, sənin toyuğun yadplanetli ola bilər”, - deyə “sürpriz” yumurtanı zarafatla qarşılayanlar da az olmayıb.
Toyuğun “sürpriz” yumurtası sosial şəbəkədə gülüşlə qarşılandı - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi