Peru paytaxtının mərkəzi Azərbaycan bayrağının rənglərinə boyandı - FOTO
31-05-2023, 08:39
Peru paytaxtının mərkəzi Azərbaycan bayrağının rənglərinə boyanıb.
Bu barədə Oxu.Az-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 28-də Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores bələdiyyəsinin binası 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.