olkepress.com
olkepress.com

“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi - FOTO

23-05-2023, 08:42

“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi - FOTO

“WhatsApp” messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.

Bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib.

“Biz yazı səhvini düzəltməkdən, mesaja yeni məzmun əlavə etməyə qədər sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz”, - “WhatsApp”dan bildirilib.

Qeyd olunub ki, bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.
“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi