olkepress.com
olkepress.com

AAK- da obyektivlikdən, şəffaflıqdan hamımız razıyıq.

18-05-2023, 10:42

AAK- da obyektivlikdən, şəffaflıqdan hamımız razıyıq.

Məlum olduğu kimi Ali Attestasiya Komissiyası uzun illərdir Azərbaycanda elmi kadrların yetişməsində müstəsna rol oynayıb.
Elmin müxtəlif sahələrində ziyalı potensialının artmasında, ölkənin intellektual səviyyəsinin yüksəldilməsində böyük xidmətləri olan bu mötəbər qurumun fəaliyyəti cəmiyyətin ayrı-ayrı vətəndaşları tərəfindən birmənalı qarşılanmır. Bəzən AAK haqqında qərəzli, birtərəfli yanaşmalar, qeyri-obyektiv münasibət təəssüf hissi doğurur. Onu süründürməçilikdə, plagiat işlərdən imtina olunmasına görə ittihamlandırırlar. Şübhəsiz ki, böyük bir inkişaf mərhələsi keçmiş AAK-ın ayrı-ayrı dövrlərdə fəaliyyətində müəyyən çatışmazlıqların olması istisna deyil. Bununla belə, hal-hazırda quruma bir neçə il öncə təyin olunmuş Famil Mustafayevin işinə məsuliyyətlə, obyektiv yanaşması bu qurum haqqında yanlış fikirləri alt-üst edir. F.Mustafayev vəzifəyə təyin olunduğu müddətdə qurumda baş verən müsbət dəyişikliklər və orada çalışan elmi kadrların yeniləşməsi bizdə belə bir qənaət formalaşdırır ki, AAK getdikcə öz fəaliyyətini dünya standartları formasında quracaq və Azərbaycan elminin inkişafına təminat yaradır.

Cəmiyyətdə yaranan fikir ayrılığı zənnimcə bir sıra obyektiv səbəblərlə bağlıdır. Hər şeydən öncə, biz ilkin mərhələyə, yəni namizədlik və doktorluq işlərinin hazırlanması prosesinə diqqəti yönəltməliyik. Biz günahı ən son mərhələ olan AAK-da deyil, dissertasiyaların yazılması və hazırlanması mərhələsindəki boşluqlarda axtarmalıyıq. Burada dissertantın və yaxud doktorantın elmi bilik və bacarığı, potensial imkanları, istedadı və başqa keyfiyyətləri önəmlidir. Çox təəssüf ki, bəzən bu keyfiyyətləri özündə əks etdirməyən şəxslər də elmi ad almaq həvəsilə müxtəlif yollar axtarırlar. Bu məqamda elmi rəhbərlərdən çox şey asılıdır. Əsas məsuliyyət onların üzərinə düşür. Çünki onlar kimə rəhbərlik etdiklərini dəqiq müəyyənləşdirməli və yetişdirdikləri kadrların gələcəyini görməlidirlər. Bəzi hallarda dissertant və doktorantın elmi-nəzəri hazırlığı ona rəhbərlik edən alimdən daha yüksək olur. Cəmiyyət üçün deyil, yalnız özü üçün “çalışan” belə üzdəniraq alimləri elm aləminə gətirməyə ehtiyac yoxdur. Bununla yanaşı, hazırlanan hər bir dissertasiya bir neçə mərhələdən keçir. İlkin müzakirədən başlayaraq seminardan, ekspert rəyindən keçərək nəhayət, müdafiə mərhələsinə gəlib çatır. Əlbəttə, elmi rəhbərin, opponentlərin iş haqqında həlledici və önəmli müsbət rəyləri olmadan iş müdafiəyə buraxıla bilməz. Buna görə də zəif və yaxud plagiat dissertasiyaların AAK-a gedib çıxması təəccüb doğurur. Axı belə işlər elmi rəhbərin, elmi şuraların müzakirəsindən keçmiş olur. Necə ola bilər ki, bu qədər zəif işlər bir neçə mərhələdən keçib AAK-a gedib çata bilir?! Bu, ya diqqətsizlik və məsuliyyətsizlikdir, ya da ki, qəsdən neqativ hallara göz yummaqdır. Buna görə də mən bütün elmi rəhbərlərə, elmi şura üzvlərinə, opponentlərə müraciət edirəm, onlar öz işlərinə məsuliyyətlə yanaşsınlar ki, sonda günahkarı başqa yerdə axtarmayaq.
Onu da xatırladım ki, çalışdığım AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası və onun rəhbəri AMEA-nın -prezidenti, akademik İsa Həbibbəylinin məqsədyönlü işi sayəsində institutumuzda dissertasiya işləri yüksək səviyyədə yerinə yetirilir və yuxarıda qeyd etdiyimiz mərhələlərdən müvəffəqiyyətlə keçir.Bu sözləri Folklor İnstitutu və Nizami adına Ədəbiyyat Muzeylərinin Müdafiə Şuraları barədə də deyə bilərəm.Folklirda Elmi Seminarın üzvüyə


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi