"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil".
"Qafqazinfo" xəbər verir ki, bunu meyxanaçı Pərviz Bülbülə (Pərviz Məmmədov) sosial şəbəkədə paylaşıb.
O, pərəstişkarlarına müraciət edərək kriminal aləmlə bağlı ifaların məclislərdə ondan sifariş olunmamasını xahiş edib:
"Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".