“PSJ” hücumçu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsidir.
Qeyd edək ki, 2021-ci ilin avqustunda argentinalı “PSJ”yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Mətbuat dünya çempionunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi barədə xəbərlər yayıb.
Həmçinin Messinin “Barselona”ya qayıdışı ilə bağlı məlumatlar da yayılıb.