olkepress.com
olkepress.com

“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir - FOTO

27-04-2023, 09:09

“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir - FOTO

“WhatsApp” tərtibatçıları “Telegram”da olan daha bir funksiyanı öz tətbiqlərinə əlavə etməyə hazırlaşırlar. Belə ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.

Kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.

Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək. Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək.
“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir - FOTO



Kanallar artıq “iOS” və “Android” üçün “WhatsApp” proqramının beta versiyalarında mövcuddur. Əgər sınaq uğurlu olarsa, o zaman funksiya növbəti yeniləmədə görünəcək.

Yeri gəlmişkən, “WhatsApp” daha bir funksiyada “Telegram”la rəqabət aparmaq istəyib. Belə ki, “Telegram”ı digərlərindən üstün edən cəhəti şəkilləri orijinal keyfiyyətlə göndərmək funksiyasıdır. “WhatsApp” bu funksiyanı işə salmağa çalışsa da, yeniləmə gözlənilən nəticəni verməyib: “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edib. “WhatsApp”ın vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.

Mənbə: WABetaInfo


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi