Braziliyada teleqram sosial şəbəkəsinin fəaliyyəti dayandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb platforma tərəfindən yerli polisə istintaq üçün lazım olan məlumatların ötürülməməsidir.
Ətraflı
Məsələ ilə əlaqədar olaraq, məhkəmə teleqrama girişi dərhal məhdudlaşdırmağı əmr edib.
Həmçinin, məhkəmə tələblərə əməl etmədiyi üçün sosial şəbəkəyə tətbiq edilən cəriməni də artırıb.