olkepress.com
olkepress.com

Dünən bu rayonlarımız şəhid verdi - Fotolar

12-04-2023, 08:20

Dünən bu rayonlarımız şəhid verdi - Fotolar

Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, 1998-ci il təvəllüdlü, Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.
Dünən bu rayonlarımız şəhid verdi - Fotolar



Digər şəhid olan hərbçimiz 1994-cü il təvəllüdlü, Ağstafa rayonunun Xətai kənd sakini Həsənov Elşad Qabil oğludur. O, bir neçə ay öncə ailə həyatı qurub. Qeyd edək ki, şəhidimiz Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənovun ailəsi o hələ uşaq olarkən Ağstafa rayonunun Xətai kəndinə köçüb.
Dünən bu rayonlarımız şəhid verdi - Fotolar



Növbəti şəhid olan hərbçimiz Abşeron rayonunun Saray qəsəbəsinin sakini Zalov Vidadi Nizami oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.
Dünən bu rayonlarımız şəhid verdi - Fotolar



Xatırladaq ki, şəhidlərin üçü də gizir olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi