Ekvatorial Qvineyada doqquz nəfər Marburq qızdırmasına yoluxub, onlardan yeddisi ölüb.
Bu məlumatı Cenevrədə keçirilən brifinqdə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus verib.
Onun sözlərinə görə təşkilat Marburq qızdırmasına əlavə yoluxmalar barədə məlumat alıb və Ekvatorial Qvineya hökumətindən bu hallarla bağlı ÜST-yə rəsmi məlumat verməyi xahiş etdi.
ÜST-nin məlumatına görə, daha səkkiz yoluxma barədə Tanzaniyadan xəbər gəlib, onlardan da beşi ölümlə nəticələnib.
Qebreyesusun sözlərinə görə, xəstəliyə yoluxanlardan ikisi tibb işçisi olub, onlardan biri dünyasını dəyişib.
Qeyd edək ki, xəstəlik qəfildən yüksək hərarət və şiddətli baş ağrısı ilə başlayır. Yeddi gün ərzində yoluxmuş şəxslərdə hemorragik qızdırma əlamətləri yaranır.
Müasir tibb Marburq virusunun insanlara yarasalardan keçdiyinə inanır. Daha sonra yoluxmuş şəxslə birbaşa təmasda olan insanlar arasında yayılır.
Mənbə: TASS