olkepress.com
olkepress.com

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub

17-03-2023, 08:17

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub

Martın 16-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər Ümummilli Liderin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük bir fəlakətdən xilas olmasından, Heydər Əliyevin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, həmçinin onun siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən-günə inkişaf etməsindən geniş söhbət açıblar.

Həmçinin Azərbaycan xalqının müasir dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi hər zaman qürur hissi ilə xatırladığını vurğulayıblar.
İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub
İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub
İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub
İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi