olkepress.com
olkepress.com

Ağ Ev Rusiyanın qeyri-peşəkar davrandığını açıqlayıb

15-03-2023, 08:37

Ağ Ev Rusiyanın qeyri-peşəkar davrandığını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Su-27 qırıcı döyüş təyyarəsinin Qara Dənizdə ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatı ilə toqquşması barədə məlumatlandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
O, Rusiyanın ehtiyatsız, təhlükəli və qeyri-peşəkar davrandığını açıqlayıb.

Həmçinin, məsələ ilə bağlı NATO müttəfiqlərinə də məlumat verilib.

Bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Q.Kavoli NATO müttəfiqlərini məlumatlandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi