olkepress.com
olkepress.com

Yayda rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir

3-03-2023, 08:23

Yayda rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir

Cari ilin yay aylarında rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir.

“Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli turizm agentliklərinin 2023-cü ilin ən məşhur və sakit kurortları, yerli turistlərin yayda getməyi planlaşdırdıqları yerlər barədə məlumatında bildirilir.

Qeyd edilir ki, 2023-cü ildə rusiyalı turistlərin əksəriyyəti Krasnodar diyarında və qonşu ölkələrdə istirahət etməyi planlaşdırır. İndi turistlər artıq Krasnodarda otellər bron edir, xarici ölkələrdən isə Azərbaycanı, Tailandı, bəziləri isə Türkiyəni seçirlər

Səyahət agentləri istirahət üçün bu yer seçimlərini həm xarici siyasi vəziyyətlə, həm də təbii fəlakətlərlə - Türkiyədə baş verən zəlzələlərlə əlaqələndirirlər.

“Daha çox yük Qara dəniz sahillərində, məsələn, Anapa, Gelencik, Soçidə olacaq", - “SV tour” agentliyinin təsisçisi Valentina Spivakova deyib.

Ekspertin fikrincə, birbaşa təyyarə reysləri olan digər xarici istiqamətlər açıldığı halda, rezervasiyalar ora da köçürülə bilər. Türkiyədəki seysmik vəziyyət də tələbata böyük təsir göstərəcək.

“Tvil.ru” bron xidmətinin nümayəndəsi Aleksey Çerepaxin də 2023-cü ildə populyar istiqamətlər sırasında Abxaziya və Belarusun adını çəkib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi