olkepress.com
olkepress.com

Messi ən yaxşı futbolçu adına görə millidəki yoldaşlarına, ailəsi və xalqına təşəkkür edib

28-02-2023, 08:36

Messi ən yaxşı futbolçu adına görə millidəki yoldaşlarına, ailəsi və xalqına təşəkkür edib

Argentina yığmasının və Fransanın PSJ komandasının hücumçusu Lionel Messi FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilməsindən sonra millidəki yoldaşlarına, ailəsinə və Argentina xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Bu, bütün komandanın əldə etdiklərimizə görə xidmətlərinin tanınmasıdır. Bu il (ötən il-red) uzun müddətdir can atdığım arzumu həyata keçirə bildim. Bunu hər bir futbolçu arzulayır, lakin çox az adam arzusunu reallaşdıra bilər.

Mən ailəmə və Argentina xalqına həyatımız boyu xatırlayacağımız bu xüsusi ayda bizə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm”, - Messi mükafatı alarkən bildirib.

Qeyd edək ki, FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb. “The Best” mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

O, Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və İspaniya "Real Madrid"indən Kərim Benzemanı qabaqlayıb.

Messi Argentina millisinin heyətində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, həm də turnirin ən yaxşı oyunçusu kimi tanınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi