olkepress.com
olkepress.com

Zəlzələdən zərərçəkənləri daşıyan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

24-02-2023, 08:51

Zəlzələdən zərərçəkənləri daşıyan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

Türkiyədə zəlzələdən zərərçəkənləri daşıyan avtobus kömürlə dolu yük maşınına çırpılaraq qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Haber Global” məlumat yayıb.

Bildirilib ki, avtobus Hatayda universitetə hazırlaşan zəlzələdən zərərçəkmiş tələbələri Konadakı KYK yataqxanasına aparırmış.

Qəza zamanı müəllim Hanife Şahin və şagirdi Merve Gəncin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib.

Yaralanan 6 nəfər Adanadakı xəstəxanalara yerləşdirilib. Müalicə olunan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd olunur ki, avtobusda 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfər olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi