olkepress.com
olkepress.com

Türkiyədən Azərbaycana 395 nəfər yola salınıb, 183 nəfər ölkədədir

10-02-2023, 08:41

Türkiyədən Azərbaycana 395 nəfər yola salınıb, 183 nəfər ölkədədir

fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.
Bizimyol.info xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi və zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi