Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gəlib
10-02-2023, 08:37
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gəlib. "Report"un xəbərinə görə, nazir hospitalda yaradılmış şəraitlə tanış olub.
FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib.