Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 6000-i ötüb.
“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 6234 nəfərə çatıb.
Yaralıların sayı isə 37 011 nəfərə yüksəlib.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957, yaralıların sayı isə 38 224 nəfərə çatıb.