olkepress.com
olkepress.com

Həlak olanlar 2921 - Ərdoğan 7 günlük milli matəm elan edib

7-02-2023, 08:19

Həlak olanlar 2921 - Ərdoğan 7 günlük milli matəm elan edib

Dünən Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı artıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agetliyin məlumatına görə, dünən saat 04:17-də 7,7 bal gücündə zəlzələ baş verib. Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan zəlzələ yerin 7 km dərinliyində baş verib. Saat 13.24-də episentri Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Zəlzələ Malatya, Qaziantep, Diyarbakır, Adıyaman başda olmaqla bir çox şəhərdə hiss olunub. Zəlzələdən sonra bölgədə qruplar axtarış-xilasetmə işləri davam edir.

Son məlumata görə, təbii fəlakət zamanı 2 min 921 adam həyatını itirib, 15834 xəsarət alan var.

65 ölkədən kömək və dəstək xahişi var, 16 min 400 nəfərlik şəxsi heyət və xarici kadrlarla intensiv iş aparılır.

Zəlzələdən sonra daha 6 zəlzələ qurbanı İstanbula gətirilib. Sabiha Gökçen hava limanına enən təyyarədəki yaralılar müalicə olunmaq üçün xəstəxanalara aparılıb.

Bundan əlavə, prezident Ərdoğan 7 günlük milli matəm elan edildiyini açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi