olkepress.com
olkepress.com

QHT sədri Türkməneli Partiyasının başkanını təbrik edib

26-01-2023, 15:13

QHT sədri Türkməneli Partiyasının başkanını təbrik edib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının təsisçisi Cavid Şahverdiyev Türkməneli Partiyasının 29 illiyi münasibətilə partiyanın başkanı, İraq parlamentinin sabiq deputatı Riyaz Sarıkahyanı təbrik edib.

Təbrikdə deyilir:

Türkməneli Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə partiyanın başkanı Riyaz bəy Sarıkahyanı, rəhbərliyi və üzvlərini təbrik edirəm. Partiyanın bütün üzvlərinə cansağlığı, yeni uğurlar arzulayıram.

Bu partiyanın Türkmən elində əldə etdiyi bütün uğurlarda Riyaz Sarıkahya və partiya üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyanız ölkənizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyanızın üzvləri müxtəlif sahələrdə ölkənizin, Türkmən elinin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Türkməneli Partiyası İraq və türk dünyası miqyasında çox böyük və güclü partiyadır.

Türkməneli Partiyasının Türkmən elinin parlaq gələcəyi istiqamətində görəcəyi fəaliyyətində uğurlar diləyirəm. 29 yaşınız münasibətilə bir daha təbrik etməkdən şərəf duyduğumu bildirir, ən xoş arzularımızı çatdırıram.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi