Bu gün biz həqiqətən ölkədə həyata keçirilən səhiyyə islahatlarını görürük”.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
O bildirib ki, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi Nazirlər Kabinetinə hesabat verdiyi kimi Milli Məclisin Səhiyyə komitəsinə də hesabat versin: “Belə olan halda biz prioritetləri seçə bilək. Onsuz da hesabat hazırlayırlar, həmin hesabatın surəti bizim komitəyə göndərilsin”.
Məlahət İbrahimqızı qeyd edib ki, 2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13 % artıb: “Araşdırılmalıdır ki, bu, niyə belə olub. Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığnı bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.
Komitə sədri Əhliman Əmiraslanov Məlahət İbrahimqızının təklifini dəstəkləyib: "Bu qurumların hesabatları onsuz da hazırlanır. Bunu bizə də təqdim etmələri üçün həmin qurumlarla danışıqlar apara bilərik".