olkepress.com
olkepress.com

Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO

23-12-2022, 08:53

Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkaları təşkil olunur.

Yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxarılan məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün Trend-in müxbiri Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında təşkil olunan yarmarkaya baş çəkib.

Yarmarkaya maraq qənaətbəxş idi. Həmsöhbət olduğumuz alıcılar bildirdilər ki, yarmarkada qiymətlər market və dükanlardan daha ucuzdur.

Yarmarkalar Bakı və Abşeron ərazisində baş tutacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

"Kənddən Şəhərə" Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.

Qiymətləri təqdim edirik.

Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO
Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi