olkepress.com
olkepress.com

Kəlbəcərin işğaldan azad edilməsindən iki il keçir

25-11-2022, 08:24

Kəlbəcərin işğaldan azad edilməsindən iki il keçir

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə olunan qələbənin siyasi müstəvidə davam etdirilməsi prosesinə başlayıb.

10 Noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə itki vermədən nail olub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Bu gün Azərbaycan Kəlbəcərdə infastruktur qurur. Kəlbəcər əsrarəngiz təbiətə, Ermənistanla sərhəddə yerləşdiyindən unikal strateji önəmə sahibdir.

Ötən iki ərzində Azərbaycan Ordusu Kəlbəcərdəki mövqelərini xeyli dərəcədə möhkəmləndirib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi