olkepress.com
olkepress.com

Deputat qızların təhsil haqqının dövlət tərəfindən ödənilməsini təklif edib

10-11-2022, 13:09

Deputat qızların təhsil haqqının dövlət tərəfindən ödənilməsini təklif edib

Deputat qızların təhsil haqqının dövlət tərəfindən ödənilməsini təklif edib

“Büdcədən onkoloji xəstəliklərə ayrılan 47 milyon vəsait çox azdır”.

Olkepress.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, icbari tibbi sığortaya 40-50 milyon vəsait ehtiyat kimi ayrılsın: “Elə ailələr var ki, onkoloji xəstəliyə görə ölüm-dirim mübarizəsi aparır. Ayrılan ehtiyat vəsait onların müalicəsinə xərclənsin”.

Deputat illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsil haqqının da dövlət tərəfindən ödənilməsini istəyir: “Bu, çox vacibdir. Digər tərəfdən, rayonlarda hazırda istirahət etmək üçün yer restoran, kafedir. Biz bu gün kitabxanaları mədəniyyət mərkəzinə çevirməliyik. Hər rayonda kitabxanalara ayrılan vəsaitin azaldılması yox ,artırılması lazımdır”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi