olkepress.com
olkepress.com

Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə yağış yağacaq - PROQNOZ

24-10-2022, 08:54

Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə yağış yağacaq - PROQNOZ
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-20° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.


Oktyabrın 24-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 6-10° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi