olkepress.com
olkepress.com

Ərdoğan Azərbaycana gəlib - Zəngilan Hava Limanında ilk rəsmi qarşılanma

20-10-2022, 15:47

Ərdoğan Azərbaycana gəlib - Zəngilan Hava Limanında ilk rəsmi qarşılanma
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

olkepress.com AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

-------

11:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, Zəngilanda bir sıra rəsmi tədbirlərdə iştirak edəcək.

R.T.Ərdoğanı səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər müşayiət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi