olkepress.com
olkepress.com

Güclü külək olacaq, yağış yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

19-10-2022, 20:40

Güclü külək olacaq, yağış yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 21-i səhərdən 22-dək şimal-qərb küləyi 15-20 m/s, gündüz arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s olacaq. 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisındə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi