olkepress.com
olkepress.com

Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - VİDEO

14-09-2022, 10:22

Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

Ölkəpress.com xəbər verir ki, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhər, 42-ci məhəlləyə gətirilib. Vida mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, şəhidimiz bir ilin əsgəri və evin tək oğlu olub. Üç gün bundan əvvəl məzuniyyəti bitirib yenidən ön xətdə xidmətə qayıdıb.

Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi