olkepress.com
olkepress.com

Bakı gömrüyündə də DƏYİŞİKLİK GÖZLƏNİLİR

22-08-2022, 10:04

Bakı gömrüyündə də DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərlinin vəzifədən azad edildiyi deyilir.

Olkepress.com bildirir ki, bizimxeber.az-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırov sözügedən vəzifəni Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini Elmir Ramazanova həvalə edəcək.

Bildirilir ki, Pərviz Kəngərli məzuniyyətdədir və onun qayıdışından sonra Elmir Ramazanovun BBGİ-nin rəisi postuna təyinatı rəsmiləşəcək.

Qeyd edək ki, Pərviz Kəngərli bir neçə ay əvvəl sabiq DGK sədri Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O bu vəzifəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsindən gətirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi